Əri ilə mübahisə edən qadın onu bıçaqladı - BAKIDA

Bakıda bıçaqlanma olub. Kişi öz xanımı tərəfindən bıçaqlanıb.

APA TV-nin xəbərinə görə, qanlı hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsi sakini, 39 yaşlı Hüseynov Emin Əliqardaş oğlu aldığı 2 bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və o, cərrahi əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, evdə E.Hüseynovlə həyat yoldaşı arasında məişət zəmnində mübahisə yaranıb. Mübahisə zamanı hələlik adı açıqlanmayan qadın mətbəx bıçağı ilə onu bıçaqlayıb.

Qadın polis tərəfindən saxlanılıb və barəsində cinayət işi qaldırılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR