Avropa Komissiyasının sədri Yunkerə gözlənilməz zəng: "Merkel imiş..."
Avropa Komissiyanın sədri Jan-Klod Yunkerin son mətbuat konfransında maraqlı hadisə yaşanıb.
APA TV xəbər verir ki, Komissiya sədri, Slovakiyanın öz ölkəsinə göndərilən qidaların keyfiyyəti ilə əlaqədar etdiyi şikayətlərini dəyərləndirir, Avropa Birliyi üzv ölkələrinə xidmət edilən qida məhsulları keyfiyyətində ikili standart olduğundan bəhs edirdi.
Bu vaxt lüksemburqlu diplomatın telefonuna zəng gəlib. Yunker "həyat yoldaşım ola bilər" deyərək zəngə cavab vermək istəyib. Salondakı mətbuat nümayəndələrinin gülümsəməsindən sonra o, telefonuna baxıb və "xeyr, Almaniya kansleri Angela Merkel imiş", - deyərək cavab verməkdən imtina edib.
Onun bu zarafatı isə zaldakı jurnalistlərlə yanaşı, digər diplomatların da gülüşünə səbəb olub.
OXŞAR XƏBƏRLƏR
19:18
442
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
487
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
484
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1060
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
983
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1329