Qəfil yağan dolu İstanbulda həyatı iflic etdi

Ötən gün axşam saatlarında İstanbula şiddətli dolu yağıb.

APA TV xəbər verir ki, dolu güclü küləklə müşayiət olunub və bütünlükdə şəhərdə nəqliyyatın hərəkətini çətinləşdirib. Dəniz səfərləri və bir çox aviareyslər təxirə salınıb.

Buz dənələrinin ölçüsünün bəzi yerlərdə yumurta boyda olduğu deyilir. Dolunun yağması qısa sürsə də, evlərə və avtomobillərə ciddi ziyan dəyib. Küçələrdə piyadaların hərəkəti çətinləşib, insanlar güclü su axınından evlərdə və digər obyektlərdə çıxılmaz vəziyyətdə qalıb.

Başqa bir məlumata görə, İstanbul limanlarının birində yanğın həyəcanı yaşanıb. Hazırda şəhər rəhbərliyi dəymiş ziyanı araşdırır. Rəsmilər güclü yağıntı zamanı 10-a yaxın insanın xəsarət aldığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR