Əl-Aksa məscidi ətrafındakı növbəti toqquşmalarda 50 nəfər yaralanıb
Qüdsün tarixi mərkəzində baş vermiş toqquşmalar nəticəsində azı 50 nəfər xəsarət alıb. APA TV xəbər verir ki, bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir. Polisin məlumatına görə isə asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.
Fələstinlilər isə öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırır. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia edir.
Polis əməkdaşlarının səsli qumbara və rezin güllələrdən istifadə etdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
19:18
442
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
487
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
484
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1060
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
983
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1329