Abxaziyada təyyarənin yerə çırpılması nəticəsində 3 nəfər ölüb

Abxaziyada kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç Rusiya vətəndaşı ölüb. APA TV-nin “Sputnik Abxaziya”ya istinadən verdiyi xəbərə görə, insident Pitsunda rayonunda qeydə alınıb.

Məlumata görə, qəzaya uğramış təyyarə Rusiyanın özəl aviaklublarından birinə məxsus olub.

Ölənlər arasında 11 yaşlı qızın olduğu da bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Aviaqəzanın səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR