Aptekin qapısının şüşəsi sınıb üstünə töküldü, öldü - LƏNKƏRANDA FİLM KİMİ OLAY
Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərində apteklərdən birində qeydə alınıb.
Rayonun Şovu kənd sakini Habil Zahidov dərman almaq üçün aptekə yollanıb. O, qapının açıq olduğunu zənn edərək içəri girmək istəyərkən qapının lay şüşəsi qırılaraq onun üzərinə tökülüb. Nəticədə şüşə onun şah damarını kəsib və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən Habil Zahidov xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV