Lerikdə broyler fabrikində partlayış: 1 ölü, 2 yaralı

Lerik rayonunda broyler fabrikində güclü partlayış olub. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə zamanı bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

 

Hadisə Piran kəndi ərazisində baş verib. Broyler fabrikinin işçiləri qazanxananı işə salarkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işçilərə dəyib. Nəticədə fabrikdə işləyən Piran kənd sakini, 35 yaşlı Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib, 39 yaşlı Mehman Ağamir oğlu Əliyev və 42 yaşlı Akif Oruc oğlu Aslanov isə xəsarət alıb.

 

Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu deyilir.

 

Hadisəyə səbəb kimi qaz sızması göstərilir. Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR