Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın oldu
Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın xəstəxananın əsas korpusunun 4-cü mərtəbəsində meydana gəlib.
Yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlər tərəfindən söndürülüb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, yanğın nəticəsində ölən və xəsarət alan yoxdur. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hadisə yerində olub.
Yanğının səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV