Latviya Saakaşviliyə sığınacaq təklif etdi

Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin Odessanın sabiq qubernatoru Mixail Saakaşviliyə sığınacaq verilməsini təklif edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu deputat "Facebook" səhifəsində yazıb.

 

O, Saakaşvilinin enerjili bir kadr olduğunu, potensialını Estoniya və Latviyadakı miqrantların hüquqlarının müdafiəsinə sərf edəcəyinə inandığını vurğulayıb.

 

Qeyd edək ki, Mixail Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib. Bundan sonra isə mətbuata açıqlama verərək sadə ukraynalıların hüquqları uğrunda mübarizə aparacağını bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR