SUMQAYITDA KÜTLƏVİ DAVA: 6 nəfər yaralandı
Sumqayıtda 6 nəfərin yaralanması ilə nəticələnən kütləvi dava olub. APA TV-nin xəbərinə görə, onlardan 3-ü bıçaq xəsarəti alıb, digərləri isə əlbəyaxa zamanı yumruq və təpik zərbələrinə məruz qalıb. Hadisə Nəsimi parkının yaxınlığındakı Qala restoranının qarşısında baş verib.
Hadisəyə qız üstündə mübahisənin səbəb olduğu bildirilir. Həmçinin, əlbəyaxa olan şəxslərin içkili olduğu da deyilir. Xəsarət alanlardan birinin 17 yaşı var. Hadisənin səbəbləri xəsarət alanların ifadəsindən sonra müəyyənləşəcək. İlkin ehtimala görə, onlar bir-birlərinə xəsarət yetiriblər.
Fakt Sumqayıt polisində araşdırlır.
OXŞAR XƏBƏRLƏR
15:19
494
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
497
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1200
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1137
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1129
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
426