"Gələn həftə Çinə nüvə zərbəsi endiriləcək" - AMERİKALI ADMİRALDAN ŞOK AÇIQLAMA

"ABŞ gələn həftə Çinə nüvə zərbəsi endirə bilər". APA TV-nin Rusiya mətbuatına bunu ABŞ hərbi donanmasının Sakit okeandakı kontingentinin komandanı bəyan edib.

Skot Svift bildirib ki, onun əmrindəki donanma bunu Donald Trampın ilk əmrindən sonra icra etməyə hazırdır.

Admiral əlavə edib ki, bu bəyanatdan sonra Pekinin verəcəyi reaksiyalar və yarana biləcək təhlükə göz önünə alınıb.
 

Qeyd edək ki, bir neçə gün öncə Çinə aid olan sulara yaxın ərazidə ABŞ və Avstraliya hərbi gəmiləri təlimlər keçirib. Təlimlərin keçirilməsindən Çin hökuməti narahatlıq ifadə edib və Pekin gəmilərini həmin əraziyə göndərib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR