ABŞ diplomatları Rusiyadan qovulacaq - KREMLDƏN SƏRT REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyi 35 ABŞ diplomatını ölkədən deportasiya etməyə hazırlaşır.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu, ABŞ Konqresinin Moskvaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq edilməsi ilə bağlı qərarına cavab kimi dəyərləndirilir.


Bundan əlavə, rəsmi Kreml ABŞ səfirliyinin Moskva ətrafındakı "Serebryannıy Bor"da yerləşən bağ massivinə həbs qoymağa hazırlaşır.


Rusiya hakimiyyəti həmçinin Vaşinqtonla əməkdaşlıqda maraq dairəsinə uyğun gəlməyən bütün müzakirələri dayandırmaq barədə məsləhətləşmələrə başlayıb.


Xatırladaq ki, iyulun 26-da ABŞ Konqresində Rusiya ilə yanaşı, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəlinib. Qəbul olunan sənəd əvvəlcə Senata, daha sonra isə imzalanması üçün prezident Donald Trampa təqdim olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR