Neft bahalaşa bilər - ABŞ VƏ OPEK-DƏN YENİ ADDIM

Dünya bazarında neftin qiymətləri 50-51 dollar arasında dəyişir.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli 50,87 dollardan təklif olunur. Bu ötən günlə müqayisədə 40 sentə qədər bahalaşma deməkdir. WTI neftinin qiymətlərində də ciddi dəyişiklik olmayıb. Qərbi Texas markası ötən gün axşam saatlarından bu yana 48,77 dollardan 48,66 dollara ucuzlaşıb.

 

ABŞ xam neft ehtiyatları ilin əvvəlindən bu yana ən aşağı səviyyəyə enib. Küveyt, Səudiyyə Ərəbistanın OPEK ölkələrinə istehsalı azaltmaq barədə çağırışının ardından Birləşmiş Ərəb Əmirlikləri ilə birgə neft ixracını azaldacağını qeyd edib. Qeyd olunan səbəblər qiymətlərin kəskin ucuzlaşmasının qarşısını alır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR