Bakıda qardaş 27 yaşlı bacısına 13 bıçaq zərbəsi vurub
Bakıda qardaş bacısını bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, Məmmədəli Şərifli küçəsində baş verib.
1990-cı il təvəllüdlü Alıyeva Tahirə Barat qızı yaşadıqları evdə qardaşı ilə mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Qardaş bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə 27 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
OXŞAR XƏBƏRLƏR
19:18
455
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
501
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
497
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1063
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
986
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1334