İran millisinin baş məşqçisi hakimlərə hücum etdi
Türkiyənin Samsun şəhərində keçirilən eşitmə əngəllilərin olimpiadasında insident baş verib. APA TV-nin məlumatına görə, İranın güləş millisinin baş məşqçisi Davud Xurşud Rakş yarış zamanı hakimə hücum edib.
70 kiloqram çəki dərəcəsində yarışların finalında iranlı Hüseyn Derikvand və rusiyalı Vasili Strekalovski qarşılaşıb. Hakimlərdən birinin qərarını bəyənməyən iranlı çalışdırıcı ona hücum edib.
Yarışın keçirildiyi zala polis əməkdaşları və mühafizə xidmətinin işçiləri çağırılıb. Onlar baş məşqçini zaldan çıxarıblar.
Final qarşılaşması rus güləşçinin qələbəsi ilə başa çatıb və o, qızıl medal qazanıb.
OXŞAR XƏBƏRLƏR
19:18
455
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
501
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
497
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1063
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
986
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1334