Goranboyda ağır qəza: 3 yaralı

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Goranboy-Xanqərvənd avtomobil yolunda qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 2104” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar sürücü, Bakı şəhər sakini, 27 yaşlı Əliyev Ramiz Nəsrəddin oğlu, sərnişinlər -  Xan Qərvənd kənd sakini, 39 yaşlı Əliyev Vüqar Hüseyn oğlu və Xan Qərvənd-Yeni yol kənd sakini, 42 yaşlı Həsənov Ayaz Tofiq oğludur. Yaralılara tibbi yardım göstərilib vəziyyətləri kafi qiymətləndirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR