Saakaşvilinin əlindən Ukrayna vətəndaşlığı alındı
Ukrayna prezidenti Petro Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Miqrasiya Xidməti məlumat yayıb.
Miqrasiya Xidmətindən bildirilib ki, müvafiq qərar “Vətəndaşlıq haqqında” qanununa əsasən qəbul olunub. Məlumata görə, M. Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.
M. Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarından kənarda istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun həbsinə qiyabi qərar verilmişdi.
Qeyd edək ki, M. Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M. Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV