Lapşin apellyasiya şikayəti verməkdən imtina etdi
Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşin barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib. Bu barədə APA-ya onun vəkili Eduard Çernin məlumat verib.
Vəkil bildirib ki, A.Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə ekstradisiya olunmaq istədiyini deyib.
Vəkil qeyd edib ki, A.Lapşinin İsrailə verilməsi istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV