Fatih Terim Türkiyə millisindən getdi
Türkiyənin futbol millisində şok ayrılıq baş verib.
Apasport.az saytının məlumatına görə, Fatih Terim Türkiyə yığmasının baş məşqçisi və Futbol Direktoru vəzifəsindən ayrılıb.
Son günlər adı “Qalatasaray”la hallanan 64 yaşlı mütəxəssis bu gün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmiləri ilə bir araya gəlib. Federasiyanın Leventdəki bazasında baş tutan görüşün ardından təcrübəli çalışdırıcı vəzifəsindən istefa verib.
Məlumatı TFF prezidenti Yıldırım Dəmirörən də təsdiqləyib. O, qısaca olaraq ayrılığın baş tutduğunu açıqlayıb: “Terim yığmanın baş məşqçisi vəzifəsindən getdi. Onunla qarşılıqlı razılıqla sağollaşdıq”.
Qeyd edək ki, Fatih Terim bundan əvvəl 1993-1996 və 2005-2009-cu illərdə də Türkiyə yığmasını çalışdırıb. O, 2013-cü ildən bəri “ay-ulduzlular”ın “sükanı arxası”ndaydı.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV