Qazaxda iki maşın toqquşdu: 1 ölü, 2 yaralı
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Samir Bəhrəm oğlu Qasımov hadisə yerində ölüb. Qəza zamanı “Opel”in sürücüsü, Qazax rayon sakini 1994-cü il təvəllüdlü Elvin İsmayılov və sərnişini, 1992-ci il təvəllüdlü Elvin Əhmədov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
455
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
501
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
497
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1063
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
986
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1334