Salyanda bir ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü ölüb, bir ailənin 4 üzvü isə xəsarət alıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Dayıkənd ərazisindən keçən hissəsində "Mercedes" markalı 90 BA 452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 1990-cı il təvəllüdlü sürücü, Cəlilabad rayon sakini Elvin Telman oğlu Xanməmmədov qəza yerində ölüb. Avtomobildəki sərnişinlər, Cəlilabad sakinləri - 1961-ci il təvəllüdlü Nigar Əziz qızı Abışova, 1976-cı il təvəllüdlü Fiqurə Əziz qızı Quliyeva, 1946-cı il təvəllüdlü Telman Qulam oğlu Quliyev və 1954-cü il təvəllüdlü Vəsmə Xanoğlan qızı Quliyeva Salyan Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR