Avtomobillərdən telefon oğurlayan keçmiş məhkumlar tutuldu

Yasamal rayon sakini həyətdə saxladığı "VAZ-2107" markalı avtomobilindən bir ədəd mobil telefonun oğurlandığını bildirib.

 

APA TV-nin xəbərinə görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin (PB) əməkdaşları Şərifzadə küçəsinə gələrək baxış keçiriblər.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Quliyev və Ceyhun Məmmədov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onların Yasamal rayonu ərazisində, əsasən metro çıxışlarının yaxınlığında 10-dan artıq nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladıqları məlum olub. Dəstə üzvləri oğurluq yolla əldə etdikləri mobil telefonları paytaxtın müxtəlif ərazilərində yerləşən telefon alqı-satqısı ilə məşğul olan mağazalara satıblar.

 

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR