Sentyabrda Bakıda Ümumdünya Skaut Konfransı keçiriləcək
"Cari ilin birinci yarısında ölkədə gənclərlə bağlı ümumilikdə 56 layihə həyata keçirilib".
APA TV-nin məlumatına görə, bu fikirləri Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini gənclər sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin bundan sonra da davam edəcəyini bildirib: "Ölkədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərlə iş və idman siyasətidir. Bu gün də ölkədə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə də bu ənənə davam edir".
İntiqam Babayev eyni zamanda 14-18 avqust tarixləri arasında paytaxt Bakının daha bir beynəlxalq tədbirə - 153 ölkədən ümumilikdə 1500 nəfərə yaxın nümayəndənin qatılacağı Ümumdünya Skaut Konfransına ev sahibliyi edəcəyini bildirib: "Biz tədbir çərçivəsində müxtəlif ölkələrdən parlament üzvlərinin, dövlət nümayəndələrinin də iştirakını gözləyirik. İnanıram ki, bu tədbir də bu günə qədər keçirdiyimiz yüksək səviyyəli beynəlxalq tədbirlər sırasında öz layiqli yerini tutacaq".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin yaranmasından 23 il ötür. Bu münasibətlə nazirliyin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da məzarı önünə gül dəstələri düzülüb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV