Hacıqabulda əvvəllər qətl törətmiş şəxs qonşusunu güllələdi

Hacıqabulda əvvəllər qətl törətmiş şəxs qonşusunu ona haqq vermədiyinə görə güllələyib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Udulu qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, əvvəllər qətl və digər cinayətlərə görə ümumilikdə 3 dəfə həbsdə olmuş Hacıqabul sakini, 1960-cı il təvəllüdlü Ağayev Mirağa Mirsadıq oğlu 1971-ci il təvəllüdlü qonşusu Şükürov Məsləhət Abbasəli oğlunu sağ ayağının baldır nahiyəsindən ov tüfəngi ilə vuraraq yaralayıb. Sonuncu güllə yarası ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralının baldırından 30-a qədər güllə qırması çıxarılıb.

 

Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Zərərçəkmiş şəxsin yaxınlarının bildirdiyinə görə, hadisəyə iki qonşu arasında suvarma və torpaq işləri zamanı yaranan münaqişə səbəb olub. Əslində olayın səbəbi Belarusda işləyən Məsləhət Şükürovun evə dönəndən sonra Mirağa Ağayevə qazandığı puldan haqq verməməsi bəhanəsi olub.

 

M.Ağayev cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR