Ermənistanda qubernatorun itkin düşmüş müşavirinin meyiti tapıldı
Ermənistanın Armavir vilayəti qubernatorunun itkin düşmüş müşavirinin meyiti tapılıb.
APA-nın “Shamshyan.com”a istinadən verdiyi məlumata görə, Ermənistan polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən iyulun 26-na keçən gecə Dalarik kəndində meyit tapılıb.
Meyiti tapılmış şəxsin Armavir vilayəti qubernatorunun iyulun 23-də itkin düşmüş müşaviri, 52 yaşlı Manuk Simonyan olduğu bildirilir.
Məftillə sarınmış və üzü üstə uzadılmış meyitin başında böyük daş olub.
Məhkəmə ekspertizasının qənaətinə görə, meyitin qismən çürüməsi məmurun bir neçə gün əvvəl öldürüldüyünü güman etməyə əsas verir.
OXŞAR XƏBƏRLƏR
19:18
473
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
519
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
515
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1065
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
990
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1337