Paytaxtda qadını vurub qaçan avtomobilin sürücüsü saxlanıldı

Gecə saatlarında paytaxtda piyadanı maşın vurub. APA TV xəbər verir ki, Bakının Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində baş vermiş hadisə zamanı qadını avtomobili ilə vuraraq xəsarət yetirən sürücü ərazidən qaçmaq istəyib.

Belə ki, 1968-ci il təvəllüdlü Qasımova Məlahət Zülfiqar qızı Azadlıq prospektində yolu əks tərəfinə keçmək istəyən zaman "Mercedes" markalı avtomobilin zərbəsilə üzləşib. Avtomobilin sürücüsü hadisə yerindən yayınmaq istəsə də, polis onun yerini vaxtında müəyyən edərək saxlayıb.

Xəsarət almış qadın isə xəstəxanaya çatdırılıb. O, xəsarətlərini əsasən ayaqlarından alıb. Vəziyyəti ağır olduğundan həkim nəzarətindədir.

Faktla bağlı Binəqədi RPİ-də istintaq araşdırmaları aparılır. Sürücü artıq məsuliyyətə cəlb olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR