ABŞ gəmisi İrana məxsus hərbi gəmiyə xəbərdarlıq atəşi edib
ABŞ-a məxsus hərbi gəmi Fars körfəzində İran Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq atəşi açıb. APA TV-nin xəbərinə görə, bu barədə “Associated Press” agentliyinə Pentaqondakı mənbə məlumat verib.
Məlumata görə, radio və yüksək səsli xəbərdarlıq siqnallarına məhəl qoymayan gəmi ABŞ-ın hərbi gəmisinə 137 metr yaxınlaşıb. Buna cavab olaraq, ABŞ gəmisi ona tərəf xəbərdarlıq atəşi açıb.
İran gəmisinin xəbərdarlıq atəşinə necə reaksiya verməsi barədə hələlik məlumat verilmir.
Rəsmi Tehran insidentlə bağlı hələlik heç bir münasibət bildirməyib.
OXŞAR XƏBƏRLƏR
19:18
473
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
519
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
515
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1065
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
990
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1337