Canavar qadına hücum etdi - AĞSTAFADA

Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Korxəlfəli kəndində baş verib.

Gündüz saatlarında kəndə girən canavar həyətlərin birində qoyunu parçalamaq istəyib.

Bunu görən ev sahibi, 1968-ci il təvəllüdlü Alıyeva Aidə Abbas qızı canavarı qovmaq istəyib. Bu zaman canavar qadına hücum edərək onun baş və bədən nahiyələrinə xəsarət yetirib.

A.Alıyeva dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.

Qeyd edək, bu, son bir həftədə canavarların kəndə ilk hücumu deyil. Bundan bir neçə gün öncə də canavarlar sakinlərdən birinin həyətində xırdabuynuzlu heyvanlarını parçalayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR