İsrail "Əl-Aksa"da fələstinlilərə güzəştə getdi - DETEKTORLAR GÖTÜRÜLDÜ
Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail hökuməti tərəfindən quraşdırılan metalaşkarlayıcı detektorlar və video kameralar götürülüb.
APA TV-nin “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.
Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.
İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.
OXŞAR XƏBƏRLƏR
19:18
473
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
519
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
515
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1065
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
990
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1337