İspaniyaya aid Melilya şəhərində bıçaqlı şəxs polisə hücum edib

İspaniyaya məxsus Melilya şəhərində bir kişi əlindəki bıçaqla polislərə hücum edib. Afrikanın şimalında yerləşən Melilya yaşayış bölgəsinin Mərakeşlə sərhədində reallaşan hadisədə 1 polis yüngül yaralanıb.

APA TV xəbər verir ki, səhər saat 7 radələrində baş verən hücumda mərakeşli olduğu ehtimal edilən həmin şəxs əlindəki bıçaqla mühafizəçiləri hədələyərək zorla sərhədi keçməyə çalışıb. Bununla belə, polis silahlı kişini hər tərəfdən mühasirəyə alaraq həbs edib.

Qeyd edək ki, Melilya Avropaya qaçaq yollarla girmək istəyən afrikalıların ən çox baş çəkdikləri bölgələrdən biridir. İspaniya hakimiyyətinin 500 ildir hökmranlıq etdiyi Melilyada mərakeşlilər də az deyil.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR