Oğuzda 44 yaşlı kişi güllələndi

Oğuzda 44 yaşlı kişi qonşusu tərəfindən güllələnib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-yə  verilən məlumata görə, iyulun 24-də axşam saat 19:50 radələrində Oğuz rayonunun Yaqublu kənd sakini, 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev döş qəfəsi və qolunda güllə yarası xəsarəti ilə xəstəxanaya daxil olub.


Müayinə zamanı məlum olub ki, 44 yaşlı Laçın İsayev hələ ki adı açıqlanmayan şəxs tərəfindən ov tüfəngi ilə güllələnib. Laçın İsayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Oğuz Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumatda Laçın İsayevin qonşusu  Ramil Namazov tərəfindən ov tüfəngi ilə güllələndiyi bildirilib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Ramil Namazov tutularaq istintaqa təhvil verilib. Hadisə yerinə baxış zamanı 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR