Trampın maskası ilə bank yardılar - FİLM KİMİ OĞURLUQ
İtaliyada maraqlı oğurluq hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, italyan polisi Turində baş verən silsilə oğurluğun üstünü açıb.
Təhlükəsizlik kamerasına düşən sonuncu belə hadisə zamanı bir məqam diqqət çəkib. Belə ki, oğrulardan biri ABŞ prezidenti Donald Trampın maskasından istifadə edib.
O, kameranın üstünü bağlayarkən əlbir olduğu digər oğru xəzinəyə partlayıcı qurğu yerləşdirib. Soyğunçular əldə etdikləri pulla birlikdə oradan uzaqlaşıblar. Məlum olub ki, onlar həmin ərazidə bir neçə bankdan da oğurluq ediblər.
İtaliya polisi şübhəli qismində saxlanılan oğruların 26 və 30 yaşlı iki qardaş olduğunu açıqlayıb. Polislər soyğunçuların filmlərdən təsirləndiyini bildirib. Belə ki, onlar Bryus Uillisin rol adlığı “Çaqqal” filmində olduğu kimi gizlənmək üçün avtomobilin rəngini dəyişdiriblər.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV