MN: Ermənilər PUA-dan istifadə edib, əsgərimiz yaralanıb
Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.
Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
19:18
473
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
519
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
515
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1065
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
990
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1337