Gəlini döyüb saçını qırxdılar, atası isə baltaladı - SAMUXDA NAMUS CİNAYƏTİ
Samuxda qadın ata-anasının və ərinin zorakılığına məruz qalıb, başı qırxılıb, atası tərəfindən baltalanıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Ziyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü İlahə Famil qızı Pənahova müxtəlif bədən xəsarətləri, saçlarının qırxıldığı və dərmandan zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.
Bildirilir ki, gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynanası və əri tərəfindən döyülüb, saçı qırxılıb. Sonra İlahə Pənahova atasının evinə qaçıb. Valideynlərinə nə üçün döyüldüyünü deyəndən sonra atası Famil Məhərrəmov qızına balta ilə ağır bədən xəsarətləri yetirib. Daha sonra qızını boğmağa çalışıb. Məlumata görə, qızın anası gəmiricilərin məhv olunması üçün nəzərdə tutulan zəhərli dərmanı qızına zorla içirib.
Gənc qadın valideynləri tərəfindən məruz qaldığı işgəncələrdən sonra küçəyə qaçıb və huşunu itirərək yerə yıxılıb. Ətrafdakılar tərəfindən təcilli tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, gənc qadının əri həyat yoldaşı ilə birlikdə olan kişini bıçaqlayıb.
Qadının atası 1955-ci il təvəllüdlü Famil Məhərrəmov Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV