Yasamalda yanmış binanın dam örtüyünün təcili təmirinə qərar verildi
Yasamal rayonunda yanmış binanın fəsadları aradan qaldırılır. Bu barədə APA-ya Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Səməd İslamov məlumat verib.
O qeyd edib ki, iyulun 24-də səhər saatlarında rayonun İnşaatçılar prospekti 152/154 saylı yaşayış binasında yanğın baş verdiyi andan rayon rəhbərliyi və rayonun bütün əlaqədar təşkilatları hadisə yerində olub.
Binanın damının istismar üçün tamamilə yararsız vəziyyətə düşdüyünü və bu səbəbdən mənzillər üçün daha ciddi fəsadlar törədəcəyini nəzərə alaraq, Yasamal Rayon İcra Hakimiyyəti daxili imkanlar hesabına 450 kv. m-lik çardaq tipli şifer dam örtüyünün təxirə salınmadan bərpasına qərar verib.
Su axıntısından mənzillərə dəymiş ziyana gəlincə, bu vəsaitlər sığortalanmış mənzillər üçün sığorta təşkilatları tərəfindən, digərləri üçün isə yanğının baş vermə səbəblərinin araşdırmalarının nəticələrindən asılı olaraq təqsirkar təşkilat və şəxslərin vəsaiti hesabına məhkəmə qərarı əsasında ödənilə bilər", - deyə S. İslamov bildirib.
O, binanın qaz və elektrik enerjisi təminatının bu gün bərpa ediləcəyini də söyləyib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV