Mingəçevirdə reyd: qayda pozan sürücülər cərimələndi
Avtomobillərin konstruksiyasında dəyişiklik edib, maşınları fərqli formaya salıblar. Görməni məhdudlaşdıran və kustar üsulla hazırlanan pərdədən istifadə edirlər. Sürücülük hüququ olmadan avtomobil idarə edir, təhlükəsizlik kəmərindən istifadə etmirlər. Yol polisinin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişib, şəhərin müxtəlif küçələri ilə aradan çıxmağa çalışırlar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, sadalanan bu qanun pozuntuları ilə bağlı görüntülər Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən keçirilən reyd zamanı lentə alınıb.
Mingəçevir şəhərinin müxtəlif hissələrində 3 saata yaxın davam edən yoxlamalar zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan sürücülər də aşkarlanıb. Həmin avtomobil sahibləri saxlanılaraq onlara inzibati protokol tərtib olunub. Bu zaman bəzi sürücülər avtomobillərin cərimə meydançasına aparılmasına və cərimə yazılmasına etiraz edərək polis əməkdaşları ilə mübahisə ediblər.
Polis əməkdaşları reydləri mütəmadi olaraq davam etdirəcəklərini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV