Cenifer Lopez doğum gününə bu geyimdə gəldi

Məşhur amerikalı müğənni və aktrisa Cenifer Lopezin 48 yaşı tamam olub. APA TV-nin məlumatına görə, cazibədar aktrisa yeni yaşını Mayamidə qeyd edib.

 

Ziyafət həm də onun sevgilisi Aleks Rodriqez üçün düzənlənib. Sevgililər iki ad gününü eyni gündə qeyd etməyə qərar veriblər. Belə ki, 27 iyulda onun 42 yaşı tamam olacaq.

 

Gecənin diqqət çəkən məqamlarından biri də 48 yaşlı Cenifer Lopezin paltarı idi. Onun çılpaq bədənə geyindiyi libası müzakirələrə səbəb olub.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR