Temperatur enir, külək davam edəcək

İyulun 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 21-24, gündüz 30-34 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR