Bakıda partlayış baş verdi: yaralananlar var
Bakıda partlayış baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Səməd bəy Mehmandarov küçəsi 122-128 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısındakı otluq sahədə yanğın başlayıb. Binanın birinci mərtəbəsində yaşayan Yüzbəyov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman istilik xətlərinin keçdiyi hissədə naməlum səbəbdən partlayış baş verib. Nəticədə hər iki şəxs xəsarət alıb Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayışın səbəbləri və mənbəyinin dəqiqləşdirilməsi üçüm araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV