Ərdoğan İsrail hökumətinin qərarına qarşı çıxdı: “Səhvə yol verir”
"İsrail hökumətinin Qüdsdə tətbiq etdiyi məhdudiyyətlər qəbuledilməzdir”. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"İbadətə gələn müsəlmanları terrorçularla eyni tutmaq böyük yanlışlıqdır. Bu vəziyyəti yalnız gərginləşdirir, həmçinin bütün bölgəyə zərər verir. “Əl-Aksa” məscidi bütün müsəlmanların göz bəbəyidir. İsrail atdığı addımlarla səhvə yol verir və yalnızlığa gedir”, deyə Ərdoğan bildirib.
Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.
OXŞAR XƏBƏRLƏR
19:18
485
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
532
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
529
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1067
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
992
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1339