Bakıda avtobus zavodun hasara çırpıldı, sürücü xəsarət aldı
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
32 saylı marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü 39 yaşlı Kərimov Ziyafət Müşfiq oğlu işdən sonra avtobusu qaraja apararkən Süleyman Əhmədov küçəsində idarəetməni itirib. Nəticədə avtobus zavodlardan birinin hasarına və neft borularının dayağına çırpılıb. Qəza nəticəsində avtobusun sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb. O, 3 saylı Şəhər Klinikasına çatdırılıb. Həkimlər sürücünün vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İdarədən APA TV-yə verilən məlumata görə, qəza zamanı avtobusda sərnişin olmayıb. 32 saylı marşrutun daşıyıcısı bildirib ki, avtobus avtoyuma məntəqəsindən qayıdırmış.
Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib, eləcə də, zavodun hasarı və boruların dayağı zədələnib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV