Tovuzda bir ailə qəzaya düşdü: ana öldü, 3 övladı yaralandı
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, yolun Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində “QAZel” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobili toqquşub.
Nəticədə “Ford”un sərnişini, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənova Sevda Tapdıq qızı dünyasını dəyişib. Onun övladları - 1995-ci il təvəllüdlü Cəfərova Gülnarə Elsevər qızı, 1997-ci il təvəllüdlü Cəfərova Maniyə və 2012-ci il təvəllüdlü Cəfərov Rəsul, habelə qayını, avtomobili idarə edən Cəfərov Aytəkin İsrail oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
485
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
532
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
529
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1067
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
992
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1339