Separatçılar Bakı-Tbilisi-Supsa neft kəmərinin bir hissəsini işğal etdi
Bakı-Tbilisi-Supsa neft kəmərinin Karapila kəndi ərazisindən keçən hissəsi Cənubi Osetiya separatçılarının nəzarətinə keçib.
"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın "Rezonansi" qəzeti yazıb.
Gürcüstan Xarici İşlər Nazirliyi baş verənləri təxribat adlandırıb və işğalın davam etdirilməsi kimi qiymətləndirib. "Bu hadisə insan haqlarının pozulması prosesinin davamıdır. Biz beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə baş verənləri dayandırmağa çalışırıq. Biz faktı kəskin pisləyirik. Bu, ilk növbədə təxribatdır. Bizim siyasətimiz bu prosesi beynəlxalq tərəfdaşlarımızla birgə dayandırmağa yönəlib", - deyə xarici işlər naziri Mixail Canelidze bildirib.
Faktı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində də təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR
19:18
486
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
532
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
530
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1068
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
992
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1339