Hollivud ulduzundan etiraf: "Atamı anam öldürdü"
Məşhur Hollivud aktrisası Şarliz Teron uzun illərdən sonra hər kəsi şoka salan etiraf edib.
APA TV-nin məlumatına görə, 41 yaşlı Hollivud ulduzu məşhur radio aparıcısı Hovard Sternə səmimi müsahibə verib.
O, illər sonra atasının ölümündən danışıb. Əvvəllər atasının yol qəzasında öldüyünü deyƏn aktrisanın bu dəfə söylədiklərindən məlum olub ki, atası öldürülüb, həm də anası tərəfindən.
Aktrisa etiraf edib ki, atası əyyaş olub, dəfələrlə anasını təhdid edib: “Mən hər zaman qorxu ilə yaşamışam. Kim belə halı xatırlamaq istəyər ki? Bir dəfə atam evə sərxoş gəldi. Bıçaqla məni və anamı hədələdi. Anam isə atamı güllələdi. Əks halda, o, hər ikimizi öldürə bilərdi. Mən demək olar ki, bunu xatırlamamağa öyrəşmişəm”.
Qeyd edək ki, məhkəmə Şarliz Teronun anası haqqında bəraət hökmü çıxarıb. Aktrisa isə uzun illər psixoterapevt yanına gedib və yalnız bu yaxınlarda qismən xatirələrdən xilas olub. Şarliz Teron ona ayaq üstə qalmağa kömək edən anasının gücü ilə fəxr etdiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV