Bərdədə dəhşət: arvadını öldürüb özünü asdı
Bərdədə dəhşətli qətl hadisəsi törədilib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hacallı kəndində baş verib.
Kənd sakini, 1968-ci il təvəllüdlü Saday İsayev 1969-cu il təvəllüdlü həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından "kuvalda" ilə vuraraq öldürüb.
Bundan sonra övladlarına hücum edən S.Əliyev 1996-cı il təvəllüdlü qızı Məleykə Əliyeva və 2003-cü il təvəllüdlü oğlu Murad Əliyevə ağır xəsarətlər yetirib. Daha sonra həyətlərindəki ağacdan özünü asıb.
S.Əliyevin övladları qonşuların köməyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, vəziyyətləri ağır olduğu üçün onlar Gəncədəki xəstəxanalardan birinə köçürülüblər.
Qətli törədərək intihar edən Saday Əliyevin atası Vaqif Əliyev hadisədən öncə ailələrində hər hansı münaqişənin baş vermədiyini deyib. O, gecə saatlarında həyətə çıxdığını və oğlunun meyitini eyvandan asılı vəziyyətdə aşkarladığını bildirib. Bundan sonra evə daxil olan V.Əliyev gəlininin öldüyünün, nəvələrinin isə xəsarət aldığının şahidi olub: "Atası danışırdı ki, gecə saat 2 olardı, çıxdım baxdım ki, oğlum nağayrır. Oğlu da həm vaxt televizora baxırmış. Soruşub ki, niyə yatmırsan, deyib boksa baxıram. Kişi gəlib yatıb, yarım saat keçməmiş görüb ki, səs gəlir. Çıxıb ki, çöldə eyvanda oğlu özünü asıb. İpi kəsib aşağı salana kimi gec olub".
Ailə üzvləri 1968-ci il təvəllüdlü S.Əliyevin Qarabağ müharibəsinin iştirakçısı olduğunu, son zamanlar psixoloji problemlərinin yarandığını, müalicə kursu keçdiyini açıqlayıblar: "Oğlu burda, qızı orda, hələ mitili götürmüşük. Bir qarışqanı incitməzdi, qapını örtürdü ki, dəyməyin, qoyun uşaqlar yatsın".
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV