İki azyaşlı qardaş Novxanı çimərliyində boğuldu - DAHA BİR DƏNİZ FACİƏSİ
Ağstafa sakinləri Xəzər dənizində boğulub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.
Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə yollanıb. Bir az çimdikdən sonra ailənin böyük uşaqları 12 yaşlı Zahid və 9 yaşlı Amil valideynlərindən uzaqlaşıb. Az sonra övladlarının yoxluğunu hiss edən ata onları axtarmağa başlayıb. Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Sudan çıxarılan hər iki azyaşlının meyiti səhər saatlarında doğulub boya-başa çatdıqları Ağstafa rayonunun Poylu qəsəbəsinə gətirilib.
Qeyd edək ki, Aqil Əliyev 3 ildir ailəsi ilə birlikdə Abşeron rayonunun Novxanı qəsəbəsində kirayədə yaşayır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV