Tikinti obyektlərində kamera quraşdırılması məcburi olacaq

1 saylı "ASAN Kommunal" mərkəzində pilot layihə çərçivəsində Əmək Münasibətlərinin Monitorinq Mərkəzinin xidmət pəncərəsi yaradılıb.

 

APA TV-nin xəbərinə görə, mərkəzin məqsədi əmək münasibətləri ilə bağlı əmək qanunvericiliyi üzrə vətəndaşlara məlumat verməkdir.

 

Mərkəzin direktoru Fariz Cəfərovun sözlərinə görə, Xidmət pəncərəsinə müraciət edən işçilər əmək müqaviləsi haqqında məlumat ala biləcək, bu sahədə əmək müqaviləsinin verdiyi hüquqlar və onun imkanlarından necə yararlana biləcəkləri, eyni zamanda tikinti monitorinq sistemində necə qeydiyyatdan keçə biləcəkləri haqda məlumatlandırılacaqlar.

 

Pilot layihə çərçivəsində Monitorinq Xidmət Mərkəzinə Bakı şəhərində tikinti obyektlərinin və ora qurulacaq müşahidə kameraların texniki tələbləri müəyyənləşdirilir: "Fərmanın digər tapşırığı ondan ibarətdir ki, bir çox dövlət informasiya sistemləri inteqrasiya olunsun. Bu sistemlər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Vergilər Nazirliyi, ƏƏSMN və digər aidiyyəti informasiya sistemlərinin inteqrasiya olunması nəzərdə tutulub. Tikinti obyektlərinin və ora qurulacaq kameraların texniki tələbləri müəyyənləşdirilir. Fərmanla kameraların quraşdırılması tikinti aparan şirkət tərəfindən həyata keçirilməlidir".

 

Əmək Münasibətlərinin Monitorinq Mərkəzinin direktoru Fariz Cəfərov bildirib ki, tikinti obyektlərində kameraların quraşdırılması icbaridir: "Tapşırıq ondan ibarətdir ki, tikintidə olan obyektlərdə və gələcəkdə tikintisi nəzərdə tutulan bütün obyektlərdə kameralar quraşdırılmalıdır. Eyni zamanda Monitorinq Mərkəzi tikinti obyektlərində qeyri-rəsmi çalışan şəxslər müəyyən edərsə, bunu aktlaşdırıb aidiyyəti qurumlara göndərəcək".

 

Monitorinq Mərkəzinin Bakı şəhərinin müxtəlif yerlərində açılması nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR