Xırdalandakı "AAAF Park"da narkotik satan şəxs: "Bütün günü "kayf"da idim"

"Əməlimdən peşmanam, balalarımdan nigaranam" deyən 1985-ci il təvəllüdlü Rüfət Babayev Abşeron RPİ -nin əməkdaşları tərəfindən saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, əməliyyatçılar onu daxil olan əməliyyat məlumatı əsasında həbs ediblər.

 

Abşeron rayonunun Xırdalan şəhərindəki "AAAF Park"da özünə kirayə ev tutan Rüfət mənzildən topdansatış məntəqəsi kimi istifadə edib. İstintaqla müəyyən edilib ki, o, ayda bir dəfə Lənkərana gedərək, tanıdığı İran vətəndaşından müxtəlif növ narkotik vasitələri alaraq Bakıya gətirib: "Cəmi 850 dollarlıq almışam. İki-üç dəfə bazarlıq eləmişəm. Ondan gələn xeyri öz istifadəm üçün xərcləmişəm". 

 

Gördüyünüz bu narkotik vasitə "Anfivitamin"dir. İstifadəçilər arasında "şüşə" adlandırılan və toz halında olan bu narkotik vasitəni Babayev 34 bükümə qablaşdıraraq, hər birini 40 manatdan satıb: "Əməlimdən çox peşmanam. Ən azı uşaqlarıma bir zavod çörəyi ala bilirdim. İndi onu da ala bilməyəcəyəm. Bütün günü "kayf"da olan adam idim. Ailə barədə heç düşünə bilmirdim. Fasiləm olmayıb. Hər gün eləyirəm". 

 

Saxlanılan zaman onun yaşadığı mənzildən 53 qram tiryək, 21 qr marixuana və 12 ədəd ekstazi həbləri aşkar edilib. Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR