Əli Kərimlinin köməkçisinə hökm oxundu
Bu gün Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, F.Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə və 39 min manat cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb. F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV