Azərbaycanda sabiq deputata ağır cəza verildi - 13 İL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

 

Məhkəmənin hökmü ilə D.Xəlilov 13 il müddətində azadlıqdan məhrum edilib. Təqsirləndirilən Mənsur Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR